YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır”

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞAİB) rayon təşkilatı və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan Ordusu müstəqilliyimizin və suverenliyimizin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Lökbatan qəsəbəsi Heydər Əliyev parkında ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Dahi Şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının şöbə müdiri Adil Haqverdiyev, Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur “91-lər”in nümayəndəsi Munis Bayramov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, QMƏVŞAİB-in rayon təşkilatının sədri Maqsud Heydərov Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününün əhəmiyyətindən danışıblar. Bu gün Azərbaycan Ordusunun maddi-texniki bazası, döyüş hazırlığı və peşəkarlıq səviyyəsinə görə aparıcı ordular sırasında olduğu qeyd olunub. Çıxışlarda Vətən müharibəsində Ordumuzun qazandığı parlaq qələbədən ətraflı bəhs edilib.

 Sonda “Azərbaycan Ordusu-107” adlı videoçarx nümayiş olunub.