Xəbərlər
Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov şəhid Ehtiram Əhmədovun ailəsini ziyarət edib. Görüş zamanı millət vəkili şəhidin göstərdiyi igidlik və qəhrəmanlıq nümunələrindən danışıb, onun Vətənə olan sevgisinin gələcək nəsillər üçün örnək olduğunu qeyd edib. Millət vəkili vurğulayıb ki, ölkə rəhbərliyinin siyasəti nəticəsində şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Daha sonra millət vəkili Asif Əsgərov Zaqatala rayonunun Kəpənəkçi kəndində vətəndaş qəbulu keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.