Xəbərlər
Neftçalada Milli Qurtuluş Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən Zəfər tariximizin başlanğıcı” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, rayon təşkilatının əməkdaşı Fərhad Baxışov, partiya veteranı Valeh Tağıyev, Neftçala Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülmirə Səfərova, Vətən müharibəsi iştirakçısı, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Sabir Nəsirov dövlətçiliyimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs ediblər. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğu, müstəqil respublikamızın əldə etdiyi bütün nailiyyətlərin məhz Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb.
Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərman təqdim olunub. Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə mədəniyyət müəssisələrinin təqdimatında bədii hissə ilə davam edib.