Xəbərlər
Böyük Britaniyada əhalinin sayı kəskin şəkildə artacaq
Böyük Britaniyanın əhalisinin sayı 2027-ci ildə 70 milyondan artıq olacaq.
Böyük Britaniya əhalisinin sayının növbəti 10 ildə 4.4 milyon artacağı gözlənilir. 2027-ci ildə bu rəqəm 70 milyonu ötəcək. Bundan başqa, növbəti illərdə yaşlı əhalinin sayında da artım müşahidə olunacaq. Əhalinin 29.5 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edəcək. Hər 12 nəfərdən birinin isə 80 yaşdan yuxarı olacağı gözlənilir.
Son rəqəmlərə görə, hazırda Böyük Britaniya əhalisinin sayı 64.6 milyon nəfərdir.