YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, partiya veteranı İndira Vəliyeva, “Mədəniyyət şöbəsi” ərazi partiya təşkilatının sədri Gülgün Kərimov,  partiya fəalları Səadət Nağıyeva, Alı Mehdiyev və Şəfəq Heydərli Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən danışıb, qazanılan nailiyyətlərin onun siyasətinin bəhrəsi olduğunu deyiblər.

Çıxışlarda Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı işğaldan azad edərək Ümummilli Liderin ən böyük arzusunu yerinə yetirdi.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, YAP Ağstafa rayon təşkilatı və Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə yeniyetmə və gənclər arasında stolüstü tennis turniri keçirilib.

Birinci yerə Kənan Rizvan oğlu Alırzazadə, Hüseyn Arzuman oğlu Hüseynli, ikinci yerə Ağaəli Azər oğlu İsmayılzadə, Hüseyn Nemət oğlu Həsənzadə, üçüncü yerə isə Səməd Yalçın oğlu Zamanov, Sadiq Taleh oğlu İsmayılzadə layiq görülüb.