YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qurtuluş Günü: taleyüklü əhəmiyyəti olan günlərdən biri

“Heydər Əliyevin 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verməsi erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarlarına sanki meydan açmış oldu. 80-cı illərin sonunda baş verən proseslər bir daha göstərdi ki, Ulu Öndər hakimiyyətdə olsaydı heç vaxt Azərbaycanın başına bu müsibətlər gəlməzdi. Çünki Heydər Əliyev daim Azərbaycanın inkişafı üçün çalışan dahi bir vətənpərvər şəxsiyyət idi. O hakimyyətdə qalsaydı millətçi qruplara heç vaxt imkan verməzdi ki, bizə qarşı qanlı hadisələr törədilsin”. Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov qeyd edib ki, xatirimizdədir ki, 90-cı illərin əvvəllərində ölkəmizdə çox gərgin bir vəziyyət var idi: “AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdu. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istəmişdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəlməyi ilə doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmişdi. Ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollanmaqla orada baş qaldırmış qiyamın qarşısını almışdı.

Deputat qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir: “Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1997-ci ilin  iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram günü elan etdi. Həmin dayaqlar üzərində duran bugünki Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək xalqımıza qarşı törədilən bütün haqsızlıqların qisasını almış və Ali Baş Komandanın rəhbərliyi ilə güclü ordumuz şəhidlərimiz qanını yerdə qoymamışdır. Azərbaycan yenidən bütünləşmişdir”.