Xəbərlər
Prezident İlham Əliyev filippinli həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Filippin Prezidenti Ferdinand Romualdez Markosa bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb.
Məktubunda filippinli həmkarını və Filippin xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısı bildirib: “İnanıram ki, Azərbaycan ilə Filippin arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir”.