YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Azərbaycan və Rusiya xalqlarını sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir

Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Bu gün həmin nəcib ənənələr dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafı və məsələlərin geniş spektri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı bünövrədir.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinə bu ölkənin Dövlət bayramı - Rusiya Günü münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

“Əminəm ki, dost xalqlarımızın və ölkələrimizin maraqları naminə biz bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün bütün səyləri göstərəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.