Xəbərlər
Nərimanov rayonunda şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı verilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və “Baku Steel Company” QSC-nin birgə təşkilatçılığı ilə Qurban bayramı münasibətilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələr ilə görüş keçirilib.
YAP Nərimanov rayon təşkilatının inzibati binasında keçirilən görüşdə şəhid, qazi və aztəminatlı ailələrə sovqat paylanıb.
Bayram sovqatlarını qəbul edən rayon sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.