Xəbərlər
YAP Nizami rayon təşkilatı Qurban bayramı münasibətilə sosial aksiya keçirib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Qurban bayramı münasibətilə sosial aksiya keçirib.
Rayon təşkilatının rəhbərliyi, fəalları və könüllüləri şəhid ailələrini, qaziləri, müharibə veteranlarını ziyarət ediblər. Ailələrə Qurban bayramı münasibətilə ərzaq sovqatları çatdırılıb.
Şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.