YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda Milli Qurtuluş Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən bəhs edib, qazanılan nailiyyətlərin Ümummilli Lider siyasətinin bəhrəsi olduğunu deyib. O qeyd edib ki, Milli Qurtuluş Günü kimi qeyd olunan 15 iyun tarixi sadəcə təqvim bayramı deyil, həm də böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Samux Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, Samux şəhər 5 saylı uşaq bağçasının müdiri Gülmira Nəbiyeva, YAP Samux rayon təşkilatının əməkdaşı Lalə Məmmədova və partiya fəalı Aytən Əliyeva Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini qeyd ediblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman təqdim edilib.