YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gəncə şəhər təşkilatının nümayəndələri 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində olublar

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və təşkilatın əməkdaşları Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində olublar.

Uşaqları bayram münasibətilə təbrik edən Bayram Aslanov onlara ən xoş arzularını çatdırıb, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb. Bayram Aslanov bildirib ki, Azərbaycanda uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, sosial problemlərinin həlli baxımından bütün addımlar atılır.

Uşaqlar əyləncəli attraksionlardan istifadə edib, kəndirbazların nümayiş etdirdiyi səhnələrə tamaşa ediblər.

DİGƏR Xəbərlər Arxiv