YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azyaşlıların Beyləqan rayonunda yerləşən Bayraq Muzeyinə və Gənclər Mərkəzinə ekskursiyası təşkil edilib

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Beyləqan rayonunda yerləşən Bayraq Muzeyinə və Gənclər Mərkəzinə ekskursiya təşkil edilib.

Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Aparatın əməkdaşları və ümumtəhsil müəssisələrinin şagirdləri iştirak ediblər.

Şagirdlər Gənclər Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Bayraq Muzeyində onlara məlumat verilib ki, Azərbaycan Bayrağı tarixi kimliyimizi və dövlətçilik ənənələrimizin varisliyini vahid ideologiya şəklində rəmzləşdirir. Bu gün qalib xalqın üçrəngli Bayrağı Qarabağda və Şərqi Zəngəzurda ən uca zirvələrdə dalğalanır.

Həmin gün tədbir iştirakçıları lokal xarakterli antiterror tədbirləri zamanı xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş Yusif Ələsgər oğlu Əhmədovun ailəsini ziyarət edib, şəhidin övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Gününü münasibət ilə təbrik ediblər.