Xəbərlər
Ciddi niyyət, real siyasət

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Azərbaycan, Türkiyə və Pakistan Liderlərinin Laçında bir sıra vacib tədbirlərdə iştirakı tarixi, əlamətdar hadisə olmaqla yanaşı xalqımız üçün qürurverici məqamlar kimi yaddaşlara həkk olundu. Ermənistanın otuz illik işğalından sonra bu Qarabağ və Şərqi Zəngəzurun siması dəyişir. Bu torpaqların əsl sahibləri öz doğma yurdlarında xariqələr yaradır. Qısa zamanda işğaldan azad edilən bölgələrdə, Füzuli, Zəngilanda və Laçında beynəlxalq hava limanının istifadəyə verilməsi, görülən yüksək səviyyəli işlərin bariz nümunəsidir.
Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçında vermiş olduğu birlik mesajları 3 qardaş ölkə arasında olan münasibətlərin xarakterini nümayiş etdirir. Prezident İlham Əliyev də çıxışında Azərbaycan, Türkiyə və Pakistan – 3 qardaş ölkə arasında əməkdaşlığın ildən-ilə, gündən-günə gücləndiyini vurğulayıb. Dövlətmizin başçısı bildirib ki, “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi. İşğaldan azad edilmiş Laçında, Şərqi Zəngəzurda iki qardaş ölkənin liderlərinin iştirakı ilə keçirilən bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
Zirvə toplantısında həmçinin 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycanın yanında olduğu diqqətə çatdırıldı. Azərbaycan xalqının bu qardaş dəstəyini sözsüz ki, heç vaxt yaddan çıxartmır. Məhz bunun nəticəsidir ki, üçtərəfli əməkdaşlıq üçün yeni səhifə açılır. Ölkə başçılarının müzakirə etdiyi məsələlər, əldə edilmiş razılaşmalar birliyin daha da güclənmıəsinə xidmət edir.
28 May Azərbaycanın Müstəqillik Günündə Laçında 3 qardaş ölkə liderinin birlik mesajları verməsi də olduqca təsirlidir. Dövlətimizin başçısı çıxışında 1918-ci ilin 28 Mayında yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin qısa zaman ərzində mövcudluğuna, 1920-ci ilin aprel ayında müstəqilliyinin əlindən alındığına və ondan bir neçə ay sonra – 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirildiyinə diqqət çəkib. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etməsi, ancaq Ermənistanın işğalçılıq siyasətinin ölkəmizə böyük faciələr gətirdiyi də ali qonaqların nəzərə çatdırılıb. Müstəqillik elan olunandan dörd ay sonra Ermənistan dövləti Azərbaycan xalqına qarşı soyqırımı törətdi. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq bir gecə içində vəhşicəsinə öldürüldü. Müstəqillik elan olunandan 7 ay sonra isə Laçın erməni işğalına məruz qaldı. Ondan əvvəl Şuşa şəhəri işğal olunmuşdu. Bütün bunların davamı olaraq Ermənistanın işğalçılıq siyasəti ondan sonra da davam etdirildi və xarici ölkələrin dəstəyi hesabına Azərbaycan ərazisinin təxminən 20 faizi erməni işğalına məruz qaldı.
Beləliklə Qarabağ və Şərqi Zəngəzur bölgəsindən 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın-köçkün həyata yaşamağa məhkum edildi. Cənab Prezident çıxışında bu amilləri bir daha bəyan etdi”. Xalqımiz bu işğal faktı ilə heç vaxt barışmayıb və özünün ərazilərini bir gün Ermənistanın işğalından qurtaracağına olan ümidini itirməmişdi: “Bunun üçün Azərbaycan dövləti strateji yol xəritəsi müəyyən edərək Prezident İlham Əliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız yumruq kimi birləşərək tarixi ədaləti bərpa etməyə nail oldu. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə suverenliyini tam təmin etməyə nail oldu. Nəticədə 30 il Ermənistanın işğalında olan və barbarcasına viran edilən ərazilərimiz azad edildi. Bu gün isə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq bərpa işləri icra edilir ki, bunun nəticəsi olaraq keçmiş qaçqın və məcburi köçkünlərin ardıcıllıqla öz ata-baba ocaqlarına geri dönüşü təmin edilir. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrində 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar”.
Prezident İlham Əliyev çıxışında Azərbaycan xalqının artıq 4 ildən çoxdur qalib kimi yaşadığını bəyan edib: “Sözsüz ki, Azərbaycan üçün ən yaxın dost və tərəfdaş ölkələr bu uğurlara sevinir. Bu xüsusda Türkiyə və Pakistan Liderlərinin Laçında olması burada görülən işlərlə tanışlığı, hava limanının açılışının edilməsi, yaradılan ən müasir infrastruktur böyük qürur hissi ilə qeyd olunur. Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bu tarix günlərdə cənab Prezident İlham Əliyevlə həmrəylik nümayiş etdirməsi olduca önəmlidir. Bu növbəti dəfə birliyimizin və əzmimizin ifadəsi kimi səciyyələndirilir. Sözsüz ki, bu üç qardaş ölkənin qarşısında bundan sonra regional və qlobal miqyasda, sülh, əməkdaşlıq və digər mühüm layihələrlə bağlı böyük hədəflər mövcudur”.