Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşü olmuşdur
İyunun 4-də Bodrumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzvlüyü ilə bağlı
Azərbaycanın mövqeyini dəstəklədiyinə görə öz adından və xalqımızın adından təşəkkürünü bildirdi.