Xəbərlər
"Azərbaycan regionda lider dövlətə çevrilib"

Şəmkirdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir RİH başçısının müavini Aynur Abdullayeva və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yoldan bəhs edib, müsəlman dünyasında ilk demokratik ölkə olan AXC-nin 23 aylıq dövr ərzində qazandığı uğurlardan, onun müstəqillik yolundakı mübarizəsindən danışıblar.
Qeyd olunub ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi təhdidlərlə üzləşdi və yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitlik bərpa olundu, hüquqi dövlət quruculuğu və iqtisadi inkişafın əsası qoyuldu.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa, regionda lider dövlətə çevrilib.