YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi-ticari istiqamətdə daha da genişləndiyi vurğulandı, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edildi.

Azərbaycanda həm yerli, həm də xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığı vurğulanaraq, bu xüsusda BƏƏ şirkətlərinin də ölkəmizdə bir çox sahəyə sərmayə yatırmasından məmnunluq ifadə olundu.

Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvarlıq bildirildi.

Söhbət zamanı investisiyalar, sənaye, o cümlədən dağ-mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.