Xəbərlər
Dövlət Sosial Müdafiə Fondu üzrə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul davam edir
Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vakant vəzifələrin siyahısını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edib. Komissiya həmin yerlərin tutulması üçün oktyabrın 28-də yeni müsabiqə elan edib.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektoru yayıb.
Ötən dövr ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 81 nəfər Dövlət Sosial Müdafiə Fondunda aidiyyatı vəzifələrə təyin olunub. Hazırda Fond üzrə 278 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş növbəti müsabiqə çərçivəsində müraciətlərin qəbulu davam etdirilir.