Xəbərlər
YAP Yasamal rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında bir qrup partiya fəalı ilə görüş təşkil olunub.
Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək rəqəmsal platformalarda informasiya savaşının intensivləşdiyi bir dövrdə gənclərin sosial şəbəkələrdə aktiv iştirakının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, gənclərin dövlətçilik mövqeyindən çıxış etməsi, milli maraqların müdafiəsi və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyəti yüksək qiymətləndirilir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət sosial şəbəkələrdə də düzgün və peşəkar şəkildə təqdim edilməlidir.
Görüş zamanı sosial media fəallarına informasiya təhlükəsizliyi, rəqəmsal savadlılıq, dezinformasiyalara qarşı mübarizə və effektiv kommunikasiya üsulları barədə tövsiyələr verilib.
Görüş interaktiv formada davam edib.