YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Müstəqil Azərbaycan AXC-nin dövlət quruculuğu ənənələrinə sadiqlik nümayiş etdirir"

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Azərbaycan Universiteti ilə birgə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və universitetin Siyasi və ictimai elmlər kafedrasının müəllimi Rəsul Mehdixanov çıxış ediblər.

Çıxışlarda 1918-ci il may ayının 28-də Gürcüstanın Tiflis şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) İstiqlal Bəyannaməsinin oxunmasının və Şərqdə ilk demokratik respublikanın yaradıldığının dünyaya rəsmən elan olunmasının Azərbaycan xalqının həyatında çox böyük və əlamətdar hadisə olduğu qeyd edilib. Vurğulanıb ki, çox çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq AXC öz tarixi missiyasını uğurla yerinə yetirib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən, bu gün öz tarixinin ən güclü və ən qürurlu dövrünü yaşayan müasir və müstəqil Azərbaycan 107 il bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu ənənələrinə sadiqlik nümayiş etdirir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 30 ildən sonra öz əzəli torpaqlarını Ermənistan işğalından azad etməsi, ölkənin bütün ərazisində Konstitusiya quruluşunun və suverenliyin tam bərpa edilməsi böyük tarixi nailiyyətdir.

Tədbir bədii hissə ilə davam edib.