YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqillik Günü Ağdamda da qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının, Ağdam Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ağdam Muğam Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin Türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu deyib. Qeyd olunub ki, cəmi 23 ay mövcud olmuş AXC müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb.

Sonra partiya sıralarına yeni qoşulan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Qaradağlı kənd uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv