YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri”

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rayon üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Gəncə şəhəri Aşıq Şəmşir adına Mədəniyyət evinin akt zalında “Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əli Alışanov, Kəlbəcər rayon Təhsil sektorunun müdiri Namiq Rəcəbov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası, pedaqoq Vaqif Əliyev və Milli Qəhrəman Hökumə Əliyevanın atası, Kəlbəcər rayon 67 nömrəli tam məktəbin müəllimi Cəlil Alıyev, Kəlbəcər rayon Təhsil sektorunun əməkdaşı Aytac Məmişova, Kəlbəcər rayon 49 nömrəli tam orta məktəbin direktoru Vəsilə Cəfərova, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyev adına 2 nömrəli tam orta məktəbin müəllimi Ərəstun Kamalov çıxış ediblər.

Natiqlər Ulu Öndər Heydər Əliyev həyatının bütün məqamlarında atdığı hər bir addımda Azərbaycan xalqının rifahını, doğma Vətəninin maraqlarını düşündüyünü deyiblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Bu gün Azərbaycanın qazandığı uğurların əsasında Heydər Əliyevin siyasəti və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik addımları dayanır.

Daha sonra Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin anası Səkinə Əliyeva, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev, Vətən müharibəsi şəhidi Şəhriyar Mehtiyevin atası Mübariz Mehtiyev və təhsil sahəsində uzun müddət fəaliyyət göstərən partiya üzvləri fəxri fərman ilə təltif olunub. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilən inşa müsabiqəsinin və Respublika Fənn Olimpiadasının qalibləri mükafatlandırılıb.

Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv