Xəbərlər
Milli Məclisin deputatı Vüqar Rəhimzadə seçiciləri ilə görüş keçirib

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad və Culfa rayonlarında seçiciləri ilə növbəti görüşlərini keçirib.
Ordubad rayonun Biləv kənd mərkəzində keçirilən görüşdə Biləv kəndindən olan seçicilərlə yanaşı, Behrud və Parağa kəndlərindən, Culfa rayonunun Xanəgah kənd mərkəzində keçirilən görüşdə isə Xanəgah kəndindən olan seçicilərlə yanaşı, Xoşkeşin kəndindən olan seçicilər də iştirak ediblər.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.