YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının, Pirallahı Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı sektorunun birgə təşəbbüsü ilə 28 May – Müstəqillik Günü münasibətilə təhsil işçiləri arasında  “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan geniş bəhs edib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirilir.

Qeyd olunub ki, şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyəti elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etmiş müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçib və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başlayıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən intellektual oyunun sonunda qalib komandalar diplom və hədiyyələrlə təltif olunublar.