YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə “Heydər Əliyev məktəbi” adlı layihə uğurla başa çatıb

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ümummilli Lider Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə təşkil olunan “Heydər Əliyev məktəbi” adlı layihə uğurla başa çatıb.

Semianarlarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Heydər Əliyev və dövlət quruculuğu”, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Heydər Əliyev və YAP”, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə “Heydər Əliyev və Azərbaycanda gender siyasəti”, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov “Heydər Əliyev və  Azərbaycanın aqrar siyasətində islahatlar”, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət  komitəsinin sədri  Musa Quliyev “Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir”, AMEA-nın Gəncə bölməsinin   direktoru Fuad Əliyev “Gəncə şəhərinin tarixində, mədəniyyətində və inkişafında Heydər Əliyev izi”, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov “Dövlət gənclər siyasəti, gənclərin təhsilində və inkişafında dövlət dəstəyi”, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov “Heydər Əliyev və müasir Azərbaycan təhsilində yeniliklər”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov “Ümummilli Lider Heydər Əliyev irsində islam dəyərləri və tolerantlıq”, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev “Heydər Əliyev və Azərbaycan səhiyyəsinin dirçəliş dönəmi” mövzularında çıxış ediblər.

Seminarlarda bildirilib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.

O da qeyd olunub ki, “Heydər Əliyev məktəbi”nin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi milli kimliyimizin və dövlətçilik ənənələrimizin qorunmasına mühüm töhfə verir.

Sonda iştirakçılar fəxri fərmanla təltif olunublar.