Xəbərlər
Göygöldə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi- Tədqiqat İnstitutu ərazi partiya təşkilatında (ƏPT) “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə “Azad yaşamaq hər bir vətəndaşın konstitusion hüququdur” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, ƏPT sədri Mahir Hacıyev, YAP Gənclər Birliyinin üzvü Fərid Dünyamalıyev, institutun əməkdaşları və partiya fəalları iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə giriş sözü ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər il bu bayramın ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb. O, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb.
Təşkilat sədri Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açıb, müasir Azərbaycanın regionun güc mərkəzinə çevrilməsində Yeni Azərbaycan Partiyasının aktiv rolundan bəhs edib. Qeyd olunub ki, aparılan məqsədyönlü siyasət cəmiyyətin bütün sahələrini əhatə edir. Ulu Öndərin qeyd etdiyi kimi, müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır.
Heyvandarlıq Elmi-Tədqiqt İnstitutu ƏPT-nin sədri Mahir Hacıyev “Azad yaşamaq hər bir vətəndaşın konstitusion hüququdur” mövzusunda geniş məruzə ilə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, itirilmiş müstəqilliyimizin 1991-ci ildə bərpa olması, müasir Azərbaycan Respublikasının inkişaf tarixi və suverenliyimizin təmin olunması haqqında danışıb.
Sonra YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov, YAP veteranı Qafar Məmmədov, partiya fəalı Aytən Əliyeva və digərləri çıxış edərək müstəqillik tariximizdən danışıblar. Onlar uğurlu daxili və xarici siyasət kursu həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanındığını vurğulayıblar. Natiqlər Azərbaycanın dövlət müstəqilliyinin əbədi olacağını əminliklə bildiriblər.