YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şərq aləmində ilk demokratik və hüquqi dövlət”

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında  28 May - Müstəqillik Gününə həsr olunmuş “Şərq aləmində ilk demokratik və hüquqi dövlət” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digərləri qeyd ediblər ki, Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və əlamətdar səhifələrdən biridir. 107 il əvvəl demokratik respublika qurmaq məqsədi ilə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində şərəflə fəaliyyət göstərib, Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. AXC-nin zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz iz qoyduğu xüsusi vurğulanıb.

F.Vəliyev müstəqil və Azərbaycan dövlətinin yenidən möhkəm təməllər üzərində qurulmasında, dünyada tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinin əvəzsiz olduğunu deyib.