YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ortaq layihələr, yeni hədəflər

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Macarıstan Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşıdır. Macarıstanın işğaldan azad edilmiş Azərbaycan ərazilərində bərpa-quruculuq işlərinin də fəal iştirakçısıdır.

Xalqlarımız arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur. Mədəni,siyasi əlaqələrimiz yüksək səviyyədədir. İki ölkə liderlərinin şəxsi dostluğu və qarşılıqlı etimadı bütün dünya üçün nümunəvidir. Səfər çərçivəsində cari ilin mayın 20-də Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş və məhdud təkiblərdə görüşü olub. İki ölkənin liderləri mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı bəyanat zamanı məzmunlu nitqi ilə bir sıra tarxi faktları ictimaiyyətin diqqətinə çatdırıb. Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur.

Avropa İttifaqına (Aİ) sədrlik edən Macarıstanın Baş naziri Viktor Orban ötən il Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən sammitində iştirak edib. Sammitdə çıxış edən Baş nazir Türk Dövlətləri Təşkilatını Şərqlə Qərb arasında əməkdaşlığa yardım edən mühüm təşkilat kimi qiymətləndirib. Bunlar təbii ki, türk dövlətləri arasındakı qardaşlığın və sarsılmaz birliyin bariz nümunəsidir. Ötən il Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə toplantısında Qarabağ Bəyannaməsi imzalanıb. Bu sənəd Türk Dövlətləri Təşkilatının fəaliyyətinə mühüm töhfə verəcək. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb.

Azərbaycan Macarıstanla hazırda energetika sahəsində də uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq.

Ümumilikdə söyləmək olar ki, qarışılıqlı dostluq və etimad ölkələrimiz arasındakı mövcud olan səmimi münasibətləri bundan sonra da inkişaf etdirəcək.