YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əbədi və sarsılmaz müstəqilliyimiz”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatında 28 May – Müstəqillik Günü münasibətilə “Əbədi və sarsılmaz müstəqilliyimiz” mövzusunda gənclərlə görüş keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti dövrü haqqında məlumat veriblər. Bildirilib ki, SSRİ-nin süqutundan sonra yenidən dövlət müstəqilliyini əldə edən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində öz suverenliyini qoruyub saxlayıb, dünya birliyinin ən sürətlə inkişaf edən və beynəlxalq nüfuza malik olan üzvünə çevrilib.

Çıxışlarda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi zəfərlərlə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrinin yazıldığı vurğulanıb.