YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurbanqulu Berdiməhəmmədov: Xəzər dənizi həmişə dostluq, mehriban qonşuluq münasibətləri üçün ümumi vasitəmiz olub

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bodrumda  görüşü zamanı    ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq münasıbətlərinin inkişaf səviyyəsinin məmnunluq  doğurduğunu bildirmişdir.

“Mötəbər beynəlxalq təşkilatlarda, həmçinin BMT-də Azərbaycan ilə Türkmənistan arasında mehriban qonşuluq və qardaşlıq münasibəti aşkar duyulmaqdadır.”-deyə, qeyd edən Türkmənistan Prezidenti ticari-iqtisadi sahədə də münasibətlərinin çox yaxşı inkişaf
etdiyini bildirmişdir: “Fərəhlidir ki, bu ilin birinci yarısında əmtəə dövriyyəsi yüksək səviyyədə olub. Bizim hökumətlərarası komissiya iqtisadi məsələlər üzrə məsləhətləşmələr aparır. Düşünürəm ki, əmtəə dövriyyəsini daha da artırmaq üçün yaxşı potensialımız vardır. Xatırlayıram, Bakı sammitində Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə bağlı yaxşı sənədlər  qəbul etdik. Əlbəttə ki, Xəzər dənizi həmişə dostluq, mehriban qonşuluq münasibətləri üçün ümumi vasitəmiz olub. Buna görə də mütəxəssislərimizin apardığı işlər Xəzər dənizi ətrafında ekologiyanın, biomühitin, floranın qorunmasında əminəm ki, müsbət nəticələr verəcəkdir.

Təbii ki,  humanitar sahədə münasibətlərimiz də yaxşı inkişaf etməkdədir. Mən bilirəm ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunları keçirəcəksiniz. Biz isə 2017-ci ildə Asiya Oyunları keçirəcəyik. Bu da bizə təkcə idmançılar deyil, eyni zamanda, hakimlər, məşqçilər arasında  təcrübə mübadiləsi üçün yaxşı imkan yaradır ki, sonda uğurlu nəticə alınsın. Biz bilirik ki, Siz bu il xalçaçılıq üzrə sərgi keçirmək niyyətindəsiniz. Əgər imkan olarsa, biz də bu sərgidə iştirak edəcəyik. Düşünürəm ki, xalçaçılıq nəinki bizim xalqların şedevr sənətidir, həm də rəmzidir. Biz bu tədbirdə böyük məmnuniyyətlə iştirak edəcəyik. Mən Sizə minnətdaram ki, sabah biz Zirvə görüşündə mədəniyyət məsələlərini müzakirə edəcəyik. TÜRKSOY bu ili böyük mütəfəkkir, filosof şair Məhtumqulu Fəraqi ili elan edib. Biz Sizə minnətdarıq ki, bizim şairimizin xatirəsini layiqincə yad etmisiniz.

İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində Sizin böyük əməyiniz vardır. Buna görə də mən Sizə, bütün qardaş Azərbaycan xalqına  işlərinizdə böyük uğurlar, ölkənizə tərəqqi arzulayıram.”