YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatı Şuşa, Xocalı və Xankəndiyə səfər təşkil edib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının kollektivi bir qrup şəhid ailəsi, qazilər və veteranlarla birlikdə Şuşa, Xocalı və Xankəndi şəhərlərinə səfər ediblər.

Onlara Xurşid Banu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhər ağa məscidi və Cıdır düzü, həmçinin Şuşanın tarixi, dağıdılmış abidələrinin bərpası, şəhərin yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verilib.

Sonra səfər iştirakçıları Əsgəran qalası və Xankəndi şəhəri ilə də tanış olublar.

Şuşa, Xocalı və Xankəndi şəhərləri ilə tanışlıq səfər iştirakçılarında xoş təəssüratlar yaradıb.

DİGƏR Xəbərlər Arxiv