YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda Vətən müharibəsi şəhidi Nicat Xəlillinin ailəsini ziyarət edib. Şəhidin ailə üzvləri ilə görüşdə millət vəkili onların qayğıları ilə maraqlanıb. Qeyd olunub ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritetlərindəndir.

Daha sonra millət vəkili Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatının inzibati binasında seçiciləri ilə görüş keçirib.

Bu görüşdə YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

DİGƏR Xəbərlər Arxiv