YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəqədidə Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Daha sonra gənc rəssamların rəsm işlərindən ibarət sərgi ilə tanışlıq olub.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film nümayiş edilib.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, Səbinə Xasayeva, yazıçı-publisist Şərəf Cəlilli, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildiriblər ki, Ulu Öndər Heydər Əliyev əsl müstəqillik qazanmaq, dövlətçilik ənənələrini bərpa etmək və milli inkişafa nail olaraq, sabaha inamla addımlamaq missiyasını öz üzərinə götürməklə, Zəfərə aparan yolun əsasını qoyub. Müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini inşa etmişdir. Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı böyük Zəfərə aparan yolun başlanğıcı olmuşdur.

Sonra partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv