Xəbərlər
YAP Gənclər Birliyinin bir qrup üzvü Gürcüstanda səfərdədir
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup üzvü Almaniyanın Konrad Adenauer Fondunun iyunun 3-7-də gənc siyasətçilər üçün Gürcüstanda təşkil etdiyi «Yay məktəbi»ndə iştirak edirlər.
Konrad Adenauer Fondunun təşkilatçılığı ilə təşkil olunmuş bu proqramda YAP gəncləri Gürcüstan və Ermənistan gənclərindən daha fəal iştirak edərək fərqlənməyi bacarıblar.