Xəbərlər
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunan konsert təşkil edilib

Ağdam rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının, Elm və Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konsert proqramı təşkil edilib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatları Aqil Abbas, Bəxtiyar Əliyev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, YAP fəalları, Ağdam Musiqi Kollecinin müəllim və tələbə heyəti, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllim və tələbə heyətinin ifasında konsert proqramı təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.