YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərdə Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı və Kəlbəcər Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanın gələcəyi naminə - nəsillərin dialoqu” mövzusunda tədbir keçirilib.

YAP-ın rayon təşkilatı üzrə ərazi partiya təşkilatlarının sədrləri, partiya veteranları, ziyalılar və gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq Azərbaycan xalqını böyük faciələrdən qurtarıb, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb. O vurğulayıb ki, Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.

Kəlbəcər Rayon Ağsaqqalar Şurasının sədri Aqil Məmmədov bildirib ki, 1990-cı illərin əvvəllərində ölkəmizdə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, həmçinin anarxiya mühitinin dərinləşməsi onu göstərdi ki, Azərbaycanı ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev kimi Dahi Lider, uzaqgörən siyasətçi xilas edə bilər. Qeyd olunub ki, Ümummilli Lider Azərbaycanı fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə öz həyatını təhlükəyə ataraq ölkəmizi parçalanmaq təhlükəsindən xilas edib. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan hərbi-siyasi Zəfərdən sonra qarşıda duran ən mühüm vəzifə işğaldan azad olunan ərazilərin qısa zamanda bərpası və yenidən qurulması, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir.

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əli Alışanov və digərləri qeyd ediblər ki, Ulu Öndərin layiqli davamçısı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkarlığı sayəsində Azərbaycanın müxtəlif spektrlərdə tarixi uğurlar qazanıb.

Sonda YAP sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri, veteranlara isə fəxri fərmanlar tədqim edilib.

DİGƏR Xəbərlər Arxiv