YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının və Naftalan şəhəri üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

İntellektual oyun şəhərdə fəaliyyət göstərən 10 müxtəlif idarə, müəssisə və təşkilatın komandalarının iştirakı ilə baş tutub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, Ümummilli Lider Heydər .Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın memarı və xilaskarı kimi müstəsna xidmətlərindən danışıblar.

Üç mərhələdən ibarət intellektual yarış zamanı iştirakçılar Ulu Öndərin zəngin həyat yolu və siyasi fəaliyyətinə, habelə tarix, coğrafiya və geniş dünyagörüşü tələb edən mövzulara dair sualları cavablandırıblar.

Yarışda Şəhər İcra Hakimiyyətinin komandası birinci, Naftalan Murov Mərkəzi Sanatoriyasının komandası ikinci, Şəhər Polis Şöbəsinin komandası isə üçüncü yerə layiq görülüb.

Sonda qaliblər diplom və kubokla təltif olunub. 

DİGƏR Xəbərlər Arxiv