YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Gədəbəy rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov və digərləri çıxış edərək Ümummilli Liderin zəngin həyat yolu, Azərbaycan xalqı qarşısında xidmətləri, demokratik və hüquqi dövlət quruculuğu sahəsində fədakar fəaliyyətindən danışıblar. Natiqlər qeyd ediblər ki, Ulu Öndərin gələcək nəsillərə əmanəti olan zəngin və çoxşaxəli irsinin xalqımızın milli sərvəti kimi qorunub saxlanılması hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Həmçinin, YAP Gədəbəy rayon təşkilatı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir!” mövzusunda tədbir keçirilib.

YAP Gədəbəy rayon təşkilatı tərəfindən “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda dəyirmi masa, eləcə də Zəhmətkənd, İsalı, Əlinağılar, Çanaqçı, Samanlıq, Arıqıran və Arıqdam kənd ərazi partiya təşkilatlarında tədbirlər keçirilib.

Mayın 8-də isə YAP Gədəbəy rayon təşkilatı üzrə şəhər 1 və 3 nömrəli tam orta məktəb, həmçinin Əmiraslanlı, Şəkərbəy, Böyük Qaramurad, Novosaratovka, Kiçik Qaramurad, Şınıx, Poladlı, Çobankənd, Xarxar, Qoşabulaq, Nərimankənd və Düzrəsullu kənd tam orta məktəbi ərazi partiya təşkilatlarında “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda silsilə tədbirlər keçirilib.

Çıxış edən natiqlər dahi rəhbər Heydər Əliyevin mənalı həyat yolundan danışıb, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

DİGƏR Xəbərlər Arxiv