Xəbərlər
“Heydər Əliyev ideyaları əbədiyaşardır”
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir Mədəniyyət Sektoru ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Heydər Əliyev ideyaları əbədiyaşardır” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, partiya fəalları Rəfiqə Mürsəlova, Sənan Məmmədli və digərləri bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Tədbirin rəsmi hissəsinin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbirin bədii hissəsində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəmkir Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnılar ifa olunub, şeirlər səsləndirilib.
Qeyd edək ki, YAP Şəmkir rayon təşkilatı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə rayonda yerləşən “N” saylı hərbi hissədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – dahi şəxsiyyət, unudulmaz Lider!” mövzusunda tədbir keçirilib.
İlk öncə tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin rayonda yerləşən “N” saylı hərbi hissəsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən natiqlər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın tərəqqisində rolundan, müstəqillik və dövlət quruculuğunda əvəzsiz xidmətlərindən və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.