Xəbərlər
Ağcabədidə Ulu Öndərin xatirəsi anılıb
Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi şəhər 3 saylı məktəb-liseyin direktoru, ƏPT sədrləri Mətanət Quliyeva, İbrahim Cəfərov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor müavini Afət Zeynalova və Ağcabədi Pedoqoji Kollecin tələbəsi Aysel İsayev Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri, dövlətçiliyin qorunması istiqamətində həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı gördüyü işlər barədə bəhs ediblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilmiş turnir və müsabiqələrin qaliblərinə müvafiq olaraq fəxri fərman, medal və kubok təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.