YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə Ulu Öndərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Lerik  rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova, tarixçi Hüseynbala Əliyev, Arif Nuriyev adına Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyinin direktoru, 2 saylı ərazi partiya təşkilatının sədri Gültəkin Şıxəliyeva və digərləri Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs ediblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərman verilib.