Xəbərlər
“Xalqa bağışlanan ömür”

Qusar rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamil Hacıyev, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, rayon GEM-nin direktoru Nadirşah Şirinov, rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fatimə Zülfiqarova çıxış edərək Ulu Öndər Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş bir şəxsiyyət olduğunu vurğulayıblar. Natiqlər Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın tərəqqisindəki rolundan, müstəqillik və dövlət quruculuğundakı əvəzsiz xidmətlərindən və bu ideologiyanın ölkə rəhbəri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən də geniş söz açıblar.
Tədbir Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.