Xəbərlər
“Heydər Əliyev irsi - Gələcəyə yol”

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi - Eko-Parkda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi - Gələcəyə yol” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respubikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonraa Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Xəzər RİH başçısı Elşən Salahov, Milli Məclisin deputatı Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və Vətən Müharibəsi Qəhrəmanı, şəhid Elçin Mansurovun anası Məleykə Məcidova Ulu Öndərin fəaliyyətindən, tarixi xidmətlərindən bəhs ediblər. Vurğulanıb ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yoluna da nəzər salınıb.
Sonra partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.