Xəbərlər
ABŞ-ın hərbi təyyarəsi yaşayış evlərinin üstünə düşüb
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Kaliforniyanın San-Dieqo şəhərinin İmpirial küçəsində özəl evlərin üstünə düşüb.
“BBC”-nin verdiyi məlumata görə, qırıcı düşəndən sonra azı bir bina yanıb.
Pilot katapult ola bilib. Onu yerli xəstəxanaya yerləşdiriblər.
ABŞ silahlı qüvvələrinin kapralı Melissa Li bildirib ki, təyyarə Arizona ştatının Yuma bazasından havaya qalxıb.
Mənbə xilasetmə əməliyyatının davam etdiyini bildirib. Hadisə yerində xəsarət alanlarla bağlı məlumat verilməyib.