YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə rayon birinciliyi keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun və Beyləqan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə yeniyetmələr və gənclər arasında yunan-Roma güləş idman növü üzrə rayon birinciliyi keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Beyləqan şəhərində ucaldılmış abidəsi ziyarət edilib.

Beyləqan Olimpiya İdman Kompleksində baş tutan yarışın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayon sektorunun müdiri Sənan Quliyev və Beyləqan Olimpiya İdman Kompleksinin direktoru Gündüz İsgəndərov bildiriblər ki, Azərbaycanda idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafı diqqətdə saxlanılıb. Bu sahədə maddi-texniki baza yaxşılaşdırılıb, yeni idman kompleksləri tikilib, idman-sağlamlıq mərkəzləri yaradılıb. Ümummilli Liderin gənclər və idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, idmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Natiqlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yarışın əhəmiyyətindən söz açaraq idmançılara uğurlar arzulayıblar.

Sonda yunan-Roma güləşi üzrə müxtəlif yaş qruplarında mübarizə apararaq qələbə qazanan yeniyetmə və gənclər mükafatlandırılıb.

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə YAP Beyləqan rayon təşkilatının və Beyləqan Uşaq Gənclər-İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında şahmat idman növü üzrə rayon turniri də keçirilib.