Xəbərlər
Göygölda “Konstitusiya və Suverenlik İli” çərçivəsində məktəblilərarası rəsm müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı, Göygöl Rayon İcra Hakimiyyəti, Təhsil sektoru və Gənclər sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Heydər Əliyev uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə məktəblilərin əl işlərindən ibarət olan 41 rəsmə baxış keçirilib, qaliblər müəyyən olunub. Göygöldə Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə ilə bağlı silsilə tədbirlər davam edir və 10 may tarixində keçiriləcək yekun tədbirində qaliblərin təltif olunması nəzərdə tutulur.