Xəbərlər
“Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev irsinin təntənəsidir”
Yeni Azərbaycan (YAP) Quba rayon təşkilatında “Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev irsinin təntənəsidir” mövzusunda növbəti məşğələ keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, məşğələlərin təşkilində əsas məqsəd Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, gənclərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.
Çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli müasir müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və dərin dövlətçilik təcrübəsindən bəhs edib. Deputat qeyd edib ki, həm sovetlər birliyi dönəmində, həm də müstəqilliyin bərpasından sonra Ulu Öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini təmin edib.
Daha sonra gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.