YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizə dəniz nəqliyyatı ilə 342 min 943 tondan çox yük idxal olunub

2015-ci ilin yanvar-sentyabr aylarında ölkəmizdə yük daşınmasında ümumi idxalın həcmi 5 milyon 522 min 535,31 ton olub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ümumi idxalın 371 min 105,74 tonu dəniz nəqliyyatının, 3 milyon 756 min 381,79 tonu dəmir yolu nəqliyyatının, 1 milyon 372 min 159,14 tonu avtomobil nəqliyyatının payına düşür. Hava nəqliyyatı üzrə 9650,78 ton, poçt vasitəsi üzrə 2,01 ton, özü hərəkət edən vasitələr üzrə isə 13 min 235,85 ton yük idxal olunub.

Qeyd edək ki, bu ilin doqquz ayı ərzində ölkəmizdə 25 milyon 461 min 029,58 ton həcmində yük istehsal olunub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 90,6 faiz təşkil edir.