YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara tələbatının ödənilməsi məqsədi ilə 15 milyon manat ayırmışdır

İyunun 4-də Azərbaycan Prezidenti İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında” Sərəncam imzalamışdır.

Sərəncama əsasən, istehsalçıların taxılyığan kombaynlara tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılmışdır.

Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək barədə Maliyyə Nazirliyinə müvafiq tapşırıq verilmişdir.