YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Təmiz Xəzər” devizi altında təmizlik aksiyası keçirilib.

Şüvəlan qəsəbəsinin dəniz sahilində təşkil olunan aksiyada Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və YAP Xəzər rayon təşkilatının könüllüləri iştirak ediblər. 

Aksiya zamanı geniş bir ərazi plastik və digər tullantılardan təmizlənərək daşınıb.

Məqsəd vətəndaşlarımızı ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, o cümlədən Xəzər sahilini təmiz saxlamağa təşviq edərək belə maarifləndirici aksiyalara daha geniş kütlənin cəlb olunması təbliğatını genişləndirməkdir.

DİGƏR Xəbərlər Arxiv